NE YAZDISA FELEK YAZDI

Reis’e

Səndən gəlir mənə işıq
Günəşin özü qarmaşıq
Sən qızılgül mən sarmaşıq
Nə yazdısa fələk yazdı
Dostlar mənə kələk yazdı

Mənim alnım çox qırışdı
Para sevgiyə qarışdı
Qədər şansımla yarışdı
Nə yazdısa fələk yazdı
Dostlar mənə kələk yazdı

Yarınlarda soldu ləçək
Son gəlibsə o deyəcək
Tanrı dedi ölməyəcək…
Nə yazdısa fələk yazdı
Dostlar mənə kələk yazdı


Yorumlar - Yorum Yaz