Site Menüsü

GELME GOCALIK GELME

Duman çökür gözlərimə,
Gəlmə qocalıq, gəlmə!
Qırış gəlir üzlərimə,
Gəlmə qocalıq, gəlmə!

Hər bir kəsi izləyirsən,
Yollarını gözləyirsən,
Səbr edirsən, özləyirsən,
Gəlmə qocalıq, gəlmə!

Mənim səndən zəhləm gedir,
Qəlb evimi xiffət didir,
Bəni-insan giley edir,
Gəlmə qocalıq, gəlmə!

Çox işlərim yarım qalır,
İffət gedir, arım qalır,
Bir vəfalı yarım qalır,
Gəlmə qocalıq, gəlmə!

Gəlişinin bir xeyri yox,
Ziyanı bol, xətası çox,
Gözlərimə oldun bir ox,
Gəlmə qocalıq, gəlmə!

Ömrüm nə tez gəlib keçir,
Ayrılıq təblini seçir,
Göz yaşımdan şərab içir,
Gəlmə qocalıq, gəlmə!

Səni sevən oldumu heç?
Günahımdan barı sən keç,
İki yoldan birini seç,
Gəlmə qocalıq, gəlmə!

Gəlib məni məğdur etmə,
Bir yerdə dur, dayan, getmə,
Vicudumda qanqal bitmə,
Gəlmə qocalıq, gəlmə!

Sən cana doydurma bizi,
Küsdürdün doğma, əzizi,
Soldurdun qönçə bənizi,
Gəlmə qocalıq, gəlmə!

Sənlə dost olmaq istəməm,
Nə yoldaş, sirdaş istəməm,
Səni kimsəyə pisləməm,
Gəlmə qocalıq, gəlmə!

Gəlişinin xeyri yoxdur,
Səndən şikayətlər çoxdur,
Əlaç tapmır loğman, doxdur,
Gəlmə qocalıq, gəlmə!

İnsanı tempdən saldırdın,
Xilqəti fikrə daldırdın,
Gəncləri yaşa doldurdun,
Gəlmə qocalıq, gəlmə!

Əzrail çox canlar alır,
Dost tanışlar bir-bir ölür,
Yoxsa növbə bizə gəlir?
Gəlmə qocalıq, gəlmə!

Dağ başını duman alır,
Xəyalda xoş güman qalır,
İlqar sənə hey yalvarır,
Gəlmə qocalıq, gəlmə!


Yorumlar - Yorum Yaz