Site Menüsü

QARGABAZARI

Uzundu, bitib tükənmir
Bu qozda Qarğabazarı.
Qar-qar deyə qarıldayır
Boğazda Qarğabazarı.

Dəyişir zamanın rəngi,
İçimizdə dinir “Cəngi”
Kürdə gözləyir Kürsəngi,
Arazda Qarğabazarı.

Su lillənir ləpirində,
Heyi yox qoca nərin də.
Nəfəs təngiyir dərində,
Dayazda Qarğabazarı.

Tülkü boş görüb meydanı,
Papağı qoyur yan-yanı,
Bir az ağrı sıxır canı,
Bir az da Qarğabazarı.

Osman, işimiz baş-ayaq,
Gecəyə girovdu sabah,
Xor səsinə dənlənir, bax,
Bu yaz da Qarğabazarı.


Yorumlar - Yorum Yaz